×
الكهفAyə 46

Muxtəsər təfsir

ٱلْمَالُ وَٱلْبَنُونَ زِينَةُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱلْبَـٰقِيَـٰتُ ٱلصَّـٰلِحَـٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا ﴿٤٦﴾

Var-dövlət və övladlar dün­ya hə­yatındakı bərbəzəyidir. Allahın rizasını diləyərək xərclənilən mal-dövlət müstəsna olmaqla, mal-dövlərin axirətdə heç bir faydası yoxdur. Uca Allahın razı qaldığı sözlər və əməllər Allah yanında savab baxımından dünyanın bütün bərbəzəyindən daha əfzəl­dir və bu, insanın ümid etdiyinin ən xeyirlisidir. Çünki dünyanın bərbəzəyi və zinəti fanidir, Allah yanında razı qalınan sözlər və əməllərin savabı isə əbədidir.