Muxtəsər təfsir
مَّآ أَشْهَدتُّهُمْ خَلْقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ ٱلْمُضِلِّينَ عَضُدًا ﴿٥١﴾
Özünüzə Məndən başqa dost tutduqlarınız da sizin kimi insanlardır. Mən göyləri və yeri yaratdığım zaman onları şahid tutmadım. Əksinə, bu vaxt onlar heç mövcud da deyildilər. Həmçinin, Mən onları yaratdığım zaman bəzilərini digərlərinin yaradılışına da şahid tutmadım. Yaratmaq və idarə etmək tək Mənə aiddir. Mən başqalarını yoldan çıxaran insan və cinlərdən olan şeytanları Özümə əsla yardımçı etmərəm. Mənim yardımçılara heç bir ehtiyacım yoxdur!