×
الكهفAyə 52

Muxtəsər təfsir

وَيَوْمَ يَقُولُ نَادُوا۟ شُرَكَآءِىَ ٱلَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا ﴿٥٢﴾

Ey Peyğəmbər! Qiyamət günü uca Allahın dünyada ikən Ona şərik qoşan müşriklərə: "Ey Müşriklər! Şəriklərim olduğunu iddia et­diyiniz bütlərinizi, bəlkə sizə yardım edərlər deyə, köməyə ça­ğı­rın!" – deyəcəyini xatırla. Müşriklər on­ları özlərinə yardım etməyə çağırsalar da, bütlər onlar nə ca­vab ver­ə bilə­­cək­, nə də onlara yardım göstərəcəklər. Biz müş­rik­­lərlə büt­lə­rin hamısının birlikdə məhv olacaqları bir çuxur sa­la­rıq. Bu da Cəhənnəm atəşidir!