Muxtəsər təfsir
قَالَ مَا مَكَّنِّى فِيهِ رَبِّى خَيْرٌ فَأَعِينُونِى بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا ﴿٩٥﴾
Zülqərneyn dedi: "Rəbbimin mənə əta etdiyi mülk, padşahlıq, hökmdarlıq, qüdrət, sərvət və səltənət sizin mənə verəcəyiniz mal-dövlətdən daha xeyirlidir. Gəlin siz öz adamlarınızla və alətlərinizlə mənə kömək edin, mən də sizinlə onların arasında möhkəm bir divar çəkim!