×
الكهفAyə 96

Muxtəsər təfsir

ءَاتُونِى زُبَرَ ٱلْحَدِيدِ ۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيْنَ ٱلصَّدَفَيْنِ قَالَ ٱنفُخُوا۟ ۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارًا قَالَ ءَاتُونِىٓ أُفْرِغْ عَلَيْهِ قِطْرًا ﴿٩٦﴾

Zülqərneyn dedi: "Mənə dəmir parçaları gə­­tirin!" Onlar da dəmir parçaları gətirdilər və Zülqərneyn iki dağ arasını bina etməyə başladı. Nəhayət, iki dağ arasındakı boşluqları doldurub qurtardıqdan sonra onunla birgə çalışan işçilərə: "Bu dəmir parçalarının üzərinə od vurun"– de­di. Də­mir parçaları əriyib köz kimi olduqda: "Mənə mis gətirin, ərimiş dəmirin üzərinə töküm!"– de­di.