Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلْقِصَاصُ فِى ٱلْقَتْلَى ۖ ٱلْحُرُّ بِٱلْحُرِّ وَٱلْعَبْدُ بِٱلْعَبْدِ وَٱلْأُنثَىٰ بِٱلْأُنثَىٰ ۚ فَمَنْ عُفِىَ لَهُۥ مِنْ أَخِيهِ شَىْءٌ فَٱتِّبَاعٌۢ بِٱلْمَعْرُوفِ وَأَدَآءٌ إِلَيْهِ بِإِحْسَـٰنٍ ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ ۗ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌ ﴿١٧٨﴾
Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! Başqalarını günahsız yerə düşmənçilik üzündən öldürən kimsələrdən qisas almaq sizə fərz edilmişdir. Qatilə verilən əzab onun törətdiyi cinayətin mislində olmalıdır. Azad kimsə azad olan kimsəyə görə, qul kimsə qul olan kimsəyə görə, qadına da qadına görə öldürülməlidir. Əgər öldürülən şəxs ölməzdən əvvəl qatili əvf edərsə, yaxud da ölənin varisləri qanbahası müqabilində qatili əfv edərsə, - qanbahası: varisin qatili əff etməsi müqabilində qatilin varisə ödədiyi puldur - varis qatildən qanbahasını minnət qoyaraq və əziyyət verərək deyil əksinə yaxşı rəftarla tələb etməlidir. Qatil də öz növbəsində qanbahasını geçikdirmədən yaxşılıqla ödəməlidir. Qatili əff etmək və ya qanbahası olmaq Rəbbiniz tərəfindən sizə bir yüngülləşdirmədir və bu ümmətə bir mərhəmətdir. Kim qatili əff etdib qanbahası aldıqdan sonra ona qarşı həddini aşsa, onun üçün Uca Allahdan ağrıdıcı bir əzab vardır.