Muxtəsər təfsir
وَلَكُمْ فِى ٱلْقِصَاصِ حَيَوٰةٌ يَـٰٓأُو۟لِى ٱلْأَلْبَـٰبِ لَعَلَّكُمْ تَتَّقُونَ ﴿١٧٩﴾
Allahın qoyduğu qisas hökmündə, qanınızın qorunması və bir-birinizə qarşı həddi aşmağın qarşısını almaqla sizin üçün həyat vardır. Bunu yalnız, uca Allahdan qorxub, Onun qoyduğu şəriətə tabe olub və Allahın əmrini yerin yetirən ağıl sahibləri dərk edər.