Muxtəsər təfsir
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْـَٔاخِرَةِ ۖ فَلَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنصَرُونَ ﴿٨٦﴾
Onlar fani bir şeyi əbədi qalan şeydən üstün tutaraq, axirəti dünya həyatına dəyişdilər. Buna görə də axirətdə onların nə əzabı yüngülləşər, nə də ki, o gün onlara bir kömək edən tapılar.