Muxtəsər təfsir
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَقَفَّيْنَا مِنۢ بَعْدِهِۦ بِٱلرُّسُلِ ۖ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَـٰتِ وَأَيَّدْنَـٰهُ بِرُوحِ ٱلْقُدُسِ ۗ أَفَكُلَّمَا جَآءَكُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُكُمُ ٱسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ ﴿٨٧﴾
Biz Musaya Tövrat verdik. Ondan sonra da bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da onun doğruluğunu təsdiqləyən - ölüləri diriltmək, anadangəlmə koru və cüzam xəstəliyinə tutulmuş insanları sağaltmaq kimi açıq-aşkar dəlillər bəxş etdik və onu mələk Cəbraillə - Aleyhissəlam - qüvvətləndirdik. Ey İsrail oğulları, məgər hər dəfə sizə Allah tərəfindən göndərilən rəsul nəfsinizə uyğun gəlməyən bir şey gətirdikdə siz haqqa qarşı təkəbbürlük göstərib, özünüzü Allahın rəsullarından üstün hesab etmədinizmi? Onların bir qismini təkzib edib, bir qismini də öldürmədinizmi?!