×
البقرةAyə 89

Muxtəsər təfsir

وَلَمَّا جَآءَهُمْ كِتَـٰبٌ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُوا۟ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُوا۟ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُوا۟ كَفَرُوا۟ بِهِۦ ۚ فَلَعْنَةُ ٱللَّهِ عَلَى ٱلْكَـٰفِرِينَ ﴿٨٩﴾

Onlara Allah tərəfindən Tövrat və İncildəki səhih ümumi üsullara müvafiq olan Qurani-Kərim göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki Qurani-Kərim nazil edilməzdən əvvəl: "Peyğəmbər göndərildiyi zaman biz ona iman edib tabe olacaq və müşriklərə qələbə çalacağıq" -deyirdilər. Elə ki, Quran və Muhəmməd (sallallahu aleyhi və səlləm) onların tanıdığı sifətdə və haqda onların bildiyi kimi gəldikdə ona küfür etdilər. Allahın lənəti Allah və Onun rasuluna küfür edənlərə olsun!.