Muxtəsər təfsir
بِئْسَمَا ٱشْتَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ أَن يَكْفُرُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغْيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضْلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ مُّهِينٌ ﴿٩٠﴾
Allaha və Onun rəsullarına iman etməkdən nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) peyğımbərlik verilməsinə və Quran göndərilməsinə görə ona həsəd apararaq öz nəfislərinə zülüm edib, Allahın nazil etdiyinə küfür və Onun rəsullarını isə təkzib etdilər. Beləliklə də onlar, həm Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) küfür etdiklərinə görə həmdə ki, bundan əvvəl Tövratı təhrif etdiklərinə görə Uca Allahın şiddətli qəzəbinə düçar oldular. Kafirlərə, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinə küfür etdikləri üçün qiyamət günü alçaldıcı bir əzab vardır.