Muxtəsər təfsir
لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿٦٤﴾
Göylərdə və yerdə nə varsa, hamısı yalnız Uca Allaha məxsusdur. Həqiqətən, Allah tükənməz zənginliyə sahibdir. Allah qətiyyən hər hansı bir məxluquna möhtac deyildir. O, hər çür həmd-sənalara və tərifə layiqdir.