×
الحجAyə 65

Muxtəsər təfsir

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ ﴿٦٥﴾

Ey Peyğəmbər! Uca Allahın, faydalanmanız və ehtiyaclarınızı ödəməniz üçün yer üzündəki canlı və cansız əşyaları sənin və insanların xidmətinə buraxdığını görmürsənmi? Uca Allah, dənizdə Onun əmri ilə hərəkət edən və bir ölkədən başqa bir ölkəyə getmənizi asanlaşdıran gəmiləri sizin ixtiyarınıza buraxmışdır. Göyü də Onun izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Əgər Allah ona yerə düşməyə izin versəydi, o, həmən yerə düşərdi. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir. İnsanların etdikləri günahların çoxluğuna rəğmət, Uca Allah yenə də bu şeyləri onların ixtiyarına buraxmışdır.