×
الحجAyə 66

Muxtəsər təfsir

وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌ ﴿٦٦﴾

Sizi yoxdan var edərək həyat verən uca Allahdır. Sonra O, ömrünüz tükəndikdə sizi öldürə­cək, daha sonra etdiyiniz əməlləri hesaba çəkmək üçün sizi yenidən diril­də­cək və hər bir kəsə layiq olduğu əvəzi verəcəkdir. Şübhəsiz ki, insan, Allahın ona bəxş etdiyi nemətlərin çoxluğuna rəğmən, Allahdan başqasına ibadət edərək Rəbbinə qarşı çox nankordur.