Muxtəsər təfsir
لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَـٰعٌ لَّكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴿٢٩﴾
Yaşayış üçün olmayan, idarələr, dükanlar, kitabkanalar və s. bu kimi insanların ümumi istifadəsi üçün hazırlanmış olan yerlərə izinsiz daxil olmaq sizin üçün günah deyildir. Uca Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.