Muxtəsər təfsir
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا۟ مِنْ أَبْصَـٰرِهِمْ وَيَحْفَظُوا۟ فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا يَصْنَعُونَ ﴿٣٠﴾
Ey Peyğəmbər! Mömin kişilərə de ki, gözlərini onlara hala olmayan qadınlara və ayıb yerlərə baxmaqdan çəksinlər, cinsiyyət üzvlərini harama düşməkdən və açmaqdan qorusunlar. Gözləri, Allahın həm haram etdiyi baxışlardan qorumaq, həm də cinsiyyət üzvlərini qorumaq Allah yanında onlar üçün daha təmiz və pakdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.