Muxtəsər təfsir
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُزْجِى سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُۥ ثُمَّ يَجْعَلُهُۥ رُكَامًا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍ فِيهَا مِنۢ بَرَدٍ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصْرِفُهُۥ عَن مَّن يَشَآءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِۦ يَذْهَبُ بِٱلْأَبْصَـٰرِ ﴿٤٣﴾
Ey Muhamməd! Məgər sən, Allahın buludları qovduğunu, sonra səmaya səpələnmiş buludları bir-birinə qovuşduraraq bir araya cəm etdiyini sonra da o buludları bir-birinin üstünə yığılmış bulud topasına çevirdiyini bilmirsənmi?! Sən yağmurun o buludların arasından süzülərək çıxdığını görürsən. Uca Allah göy üzündə dağlara bənzər əzəmətli buludlardan daş kimi donmuş dolu yağdırır. Sonra da bu dolunu qullarından istədiyinə isabət etdirər və istədiyindən də onu uzaqlaşdırar. Buludların şimşəyinin parıltısı az qalır ki, parıltının şiddətindən gözləri kor etsin.