Muxtəsər təfsir
يُقَلِّبُ ٱللَّهُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ ﴿٤٤﴾
Uca Allah, uzun və qısa, gediş və gəliş olmaqla gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, sizə zikir edilən bu ayələrdə bəsirət sahibləri üçün uca Allahın rübubiyyətinə, qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlillər və ibrətlər vardır.