Muxtəsər təfsir
وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُل لَّا تُقْسِمُوا۟ ۖ طَاعَةٌ مَّعْرُوفَةٌ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ ﴿٥٣﴾
Münafiqlər, əgər onlardan cihada çıxmaq tələb olunsaydı, onlar mütləq Allah yolunda cihada çıxacaqlarına dair bütün gücləri ilə Allaha çox möhkəm and içirlər. Ey Peyğəmbər! Onlara belə de: "And içməyin! Yalan söylədiyiniz hamıya məlumdur. İtaətiniz isə yalan bir iddiadır. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Hansı əməlinizi gizlədirsinizsə gizlədin, bilin ki, əməllərinizdən Ona heç bir şey gizli qalmaz!".