Muxtəsər təfsir
قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ ۖ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا۟ ۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٥٤﴾
Ey Peyğəmbər! O münafiqlərə de: "Aşkarda və gizlidə Allaha və Onun Rəsuluna itaət edin. Əgər siz, əmr olunduğunuz işlərdə Allah və Onun Rəsuluna tabe olmaqdan üz çevirsəniz, bilin ki, Peyğəmbərin üzərinə düşən öhdəlik yalnız sizi təbliğ etməkdir. Sizin də üzərinizə düşən öhdəlik isı ona itaət etmək və onun gətirdiklərinə əməl etməkdir. Əgər siz Peyğəmbərin əmr etdiklərini edib və qadağalarından çəkinərək ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən açıq-aşkar təbliğ etməkdən başqa bir şey deyildir. Onun sizləri hidayətə gətirmək və bu işdə sizi məcbur etmək cavabdehliyi yoxdur!"