×
الفرقانAyə 10

Muxtəsər təfsir

تَبَارَكَ ٱلَّذِىٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيْرًا مِّن ذَٰلِكَ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ وَيَجْعَل لَّكَ قُصُورًۢا ﴿١٠﴾

(Ya Rəsulum!) Sənə, müşriklərin sənə dediklərindən daha xeyirli­sini verməyə qadir olan Allah, necə də Əzəmətlidir. Əgər Allah istəsəydi sənə elə dünyada ikən ağac­ları və qəsirləri altın­dan çaylar axan, meyvəsindən bol-bol yeyəcəyin bağ-bağçalar və içərisində nemətlər içində yaşayacağın qəsrlər bəxş edərdi.