×
الفرقانAyə 9

Muxtəsər təfsir

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَـٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا ﴿٩﴾

Ey Peyğəmbər! Onların səni əsasız və batil vəsflərlə vəsf etmələrinə bir bax. Onlar sənin haqqında: "Sehribaz, ovsunlanmış və məcnun" – dedilər və bu səbəbdən də zəlalətə düşdülər. Onlar bir daha doğru yolu tapa bilməzlər və sənin sadiqliyinə və əmin bir kimsə olduğuna əsla xələl gətirə bilməzlər!