Muxtəsər təfsir
أَوْ يُلْقَىٰٓ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُۥ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا ﴿٨﴾
"Yaxud ona göydən bir xəzinə nazil edilməli və ya meyvəsindən yeyib dolanmasından ötrü bir bağ-bağça verilməli deyildimi?! Əgər belə olsaydı, bu zaman onun ruzi əldə etməsi üçün bazarlarda gəzib dolanmasına heç bir ehtiyacı qalmazdı". Zalımlar, möminlərə dedilər: "Ey Möminlər! Siz sehr səbəbindən ağlını itirmiş bir adamın ardınca gedirsiniz."