Muxtəsər təfsir
قَالَ رَبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿٢٤﴾
Musa - aleyhissəlam - Firona cavab verərək belə dedi: "Bütün yaradılmışların Rəbbi, göylərin, yerin və onların arasında olanların Rəbbi olan Uca Allahdır. Əgər siz Onun bütün yaradılmışların Rəbbi olduğuna yəqinliklə inanacaqsınızsa, o zaman tək Ona ibadət edin!"