Muxtəsər təfsir
قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ ﴿٢٥﴾
Firon, ətrafında qövmünün zadəgan təbəqəsindən olanlara üz tutaraq belə dedi: "Məğər siz Musanın nə danışdığını və iddia etdiyi yalanı eşitmirsinizmi?" (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)