×
النملAyə 44

Muxtəsər təfsir

قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُۥ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَـٰنَ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٤﴾

Qadına: "Saraya daxil ol!" – de­yildi. Sarayın içərisi düz bir şəkildə tikilmişdir. O, sarayı gör­üncə onu də­rin bir gölməçə he­sab etdi və suya girmək üçün paltarını qaldırıb baldırlarını açdı. Bu zaman Sü­ley­man -aleyhissəəlam - ona: "Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş dümdüz bir sa­ray­dır!" – dedi və onu İslama dəvət etdi. O da, Süleyman onu dəvət etdiyi dini qəbul edib, çağırışına icabət edərək belə dedi: "Ey Rəb­bim! Mən Səninlə bərabər, Səndən başqasına ibadət edərək özümə zülm etdim. İn­di isə mən Süleymanla birgə bütün məxluqatın Rəbbi olan Allaha boyn əyib, təslim ol­dum!"