×
النملAyə 45

Muxtəsər təfsir

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ ﴿٤٥﴾

Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi - aleyhissəlam - elçi göndərdik. Saleh onları Allaha dəvət etdikdən sonra onlar öz aralarında ixtilafa düşərək, onlardan hansının haqq üzərində olduğları barədə bir-biri ilə müba­rizə aparan, bir hissəsi mömin, diğər bir hissəsi isə kafir olmaqla iki fir­qə­yə bölündülər.