×
القصصAyə 10

Muxtəsər təfsir

وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَـٰرِغًا ۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿١٠﴾

Musanın - aleyhissəlam - anasının ürəyi bütün dünya işlərindən boş qalmışdı. O, övladının dərdindən baş­qa heç bir şey haqda dü­şün­mürdü. Əgər Biz onu Rəbbinə təvəkkül edən və Allahın yazdığı qədərə səbir edən mömin kimsələrdən etməsəydik, övladına olan sevgidən dolayı az qala bu uşağın onun övladı olduğunu açıb üzə çıxaracaqdı.