×
القصصAyə 11

Muxtəsər təfsir

وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ ﴿١١﴾

Musanın anası onu çaya buraxdıqdan sonra, Musanın bacısına belə dedi: "Ona nə ediləcəyini bilmək üçün onu təqib et!" O da heç ki­msənin bilib hiss et­məməsi üçün kə­nardan durub Musaya göz qoydu. Firon və onun qövmü o qadının çaydan tapdıqları uşağın bacısı olduğunu və bu qadının həmin uşaq barədə xəbər toplamağa gəldiyini hiss etmədilər.