Muxtəsər təfsir
وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَـٰصِحُونَ ﴿١٢﴾
Musa, Allahın qədəri ilə Biz onu anasına qaytarmazdan əvvəl qadınlardan süd əmməyi qəbul etmədi. Musanın bacısı, Firon ailəsinin onu əmizdirməyə qadın axtardığını gördükdə onlara yaxınlaşıb dedi: "Sizə bu uşağı əmizdirəcək, onun qayğısına qalacaq və ona qarşı çox səmimi və xeyirxah olacaq bir ailəni göstərimmi?"