×
القصصAyə 76

Muxtəsər təfsir

إِنَّ قَـٰرُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَءَاتَيْنَـٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ إِذْ قَالَ لَهُۥ قَوْمُهُۥ لَا تَفْرَحْ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْفَرِحِينَ ﴿٧٦﴾

Qarun, Musanın - aleyhissəlam - qövmündən idi. Lakin onlara qar­şı təkəbbürlük edirdi. Biz ona elə mal-dövlət xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama belə ağır gəlirdi. Bir zaman qövmü ona belə demişdir: "Təkəbbürlük edərək öyünüb sevinmə! Çünki Allah, təkəbbürlük edərək öyünüb sevinənləri sevməz. Əksinə, uca Allah belə kimsələrə qəzəblənər və onlara əzab verər!