Muxtəsər təfsir
وَٱبْتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَا ۖ وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ﴿٧٧﴾
Allahın sənə verdiyi mal-dövləti xeyirli işlərə səfr edərək axirət yurdunun savabına can at. Yemək, içmək, geyim və s. bundan başqa olan dünyadakı nəsibini də unutma. Lakin bunda əsla israfçılığa və təkəbbürlüyə yol yermə. Allah səninlə gözəl bir şəkildə davrandığı kimi, sən də Allahın qulları ilə gözəl bir şəkildə davran. Günahlara meyil edib və Allaha ibadəti tərk edərək yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah yer üzündə belə fitnə-fəsad törədənləri sevməz, əksinə onlara qəzəblənər!"