×
الرومAyə 24

Muxtəsər təfsir

وَمِنْ ءَايَـٰتِهِۦ يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءً فَيُحْىِۦ بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ ﴿٢٤﴾

Həm ölüm qorxusu, həm də yağışın yağacağına ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən yağış endirib qurumuş ye­ri canlandırması və orada bitkilər yetişdirməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən də, bu deyilənlərdə başa dü­şən bir toplum üçün açıq-aydın də­lillər vardır. Onlar, öldükdən sonra haqq-hesaba çəkilməyin və əməllərin əvəzini almağın haqq olmasına bu dəlillərə əsaslanırlar.