Muxtəsər təfsir
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ بِأَمْرِهِۦ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ ٱلْأَرْضِ إِذَآ أَنتُمْ تَخْرُجُونَ ﴿٢٥﴾
Pak və müqəddəs Allahın əmri ilə göyün və yerin öz yerlərində sabit qalması da Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Sonra Allah sizi - mələyin sura üfürməsi sayəsində - çağıran kimi haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.