×
الرومAyə 31

Muxtəsər təfsir

مُنِيبِينَ إِلَيْهِ وَٱتَّقُوهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُشْرِكِينَ ﴿٣١﴾

Günahlarınızdan tövbə edərək pak və müqəddəs Allaha üz tu­tun, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək On­dan qorxun, namazı kamil şəkildə əda edin və fitrətə zidd olaraq ibadətlərində Allahdan qeyrisini Ona şərik qoşan müşriklərdən olmayın!