Muxtəsər təfsir
مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ﴿٣٢﴾
Dinlərini dəyişən, dinin tələblərinin bir qisminə iman gətirib, digərini inkar edən, firqələrə və dəstələrə böllünən müşriklərdən olmayın. Onlardan hər bir firqə öz batil əqidəsini üstün bilib sevinir və yalnız özlərinin haqq üzərində olduqlarını, digərlərinin isə batil yolda olduğunu güman edirlər.