Muxtəsər təfsir
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ ٱلْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ ﴿٤٣﴾
Ey Peyğəmbər! Qarşısıalınmaz Qiyamət günü gəlməmişdən əvvəl üzünü heç bir əyriliyi olmayan, dümdüz olan İslam dininə tərəf tut! O gün insanlar iki dəstəyə bölünəcək - bir qismi Cənnətdə kef çəkəcək, digərləri isə Cəhənnəmdə əzaba düçar olacaqlar.