Muxtəsər təfsir
مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَمَنْ عَمِلَ صَـٰلِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ ﴿٤٤﴾
Kim Allaha qarşı küfr edərsə, küfrünün zərəri öz əleyhinə olar - əbədi olaraq Cəhənnəm atəşində qalar. Allahın rizası xatirinə yaxşı iş görənlər isə özlərinin Cənnətə daxil olmasını və orada əbədi olaraq naz-nemətlər içində qalmasını təmin etmiş olarlar.