Muxtəsər təfsir
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَـٰتِ فَٱنتَقَمْنَا مِنَ ٱلَّذِينَ أَجْرَمُوا۟ ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ ٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾
Ey Peyğəmbər! Biz səndən əvvəl də onların ümmtələrinə elçilər göndərmişdik. Elçilər onlara özlərinin doğru danışdıqlarını təsdiqləyən açıq-aydın dəlillər gətirmişdilər. Lakin onlar elçilərin təbliğ etdiklərini yalan saydılar. Biz günah işlər görənlərdən intiqam aldıq və onları əzabımızla məhv etdik. Elçiləri və möminləri isə əzabdan xilas etdik. Möminlərə yardım etmək və qələbə qazandırmaq Bizim borcumuz idi.