Muxtəsər təfsir
ٱللَّهُ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُۥ فِى ٱلسَّمَآءِ كَيْفَ يَشَآءُ وَيَجْعَلُهُۥ كِسَفًا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ﴿٤٨﴾
Buludları hərəkətə gətirən küləkləri idarə edən və göndərən pak və müqəddəs Allahdır. Allah səmada onları istədiyi kimi - az və ya çox sayda yayıb topa-topa edir. Sən, ey buludlara baxan insan, sən buludların ortasından yağışın çıxdığını görürsən. Bu yağış Allahın qullarından istədiyi kimsələrə nazil olduğu zaman, onlar Allahın onlara rəhm edib yağış nazil etməsinə, bunun sayəsində də onların həm özlərinin, həm də heyvanlarının ehtiyacı olan birkiləri yetişdirməsinə sevinirlər.