×
الرومAyə 8

Muxtəsər təfsir

أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَـٰفِرُونَ ﴿٨﴾

Məgər təkzib edən o müşriklər özlüyündə, Allahın bunları necə yaratdığını və onlara necə düzən verdiyini düşünmürlərmi?! Allah göyləri və yeri əbəs yerə deyil, yalnız bir həqiqət olaraq yaratmış və onların dünyada qalması üçün mü­əyyən müddət təyin etmişdir. Lakin, insanların çoxu Qiyamət günü öz Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir. Elə buna görə də, onlar Rəbbinin razı qalacağı saleh əməllər etməklə, diriləcəkləri günə hazırlıq görmürlər.