Muxtəsər təfsir
أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٩﴾
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəl yaşamış, haqqı yalan sayan ümmətlərin aqibətininin necə olduğunu görmədilərmi?! O ümmətlər bunlardan da güvvətli idilər. Onlar torpağı şumlayıb əkir, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara Allahın tək ilah olduğunu sübut edən dəlillər və açıq-aydın möcüzələr gətirmişdilər. Onlar isə (haqqı) yalan saydılar. Allah onları məhv edərkən onlara zülm etmədi. Lakin onlar küfr edib özlərini həlaka uğratmaqla özləri özlərinə zülm etmişdilər.