×
لقمانAyə 32

Muxtəsər təfsir

وَإِذَا غَشِيَهُم مَّوْجٌ كَٱلظُّلَلِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَـٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ ﴿٣٢﴾

Dağlar və buludlar kimi dal­ğalar onları hər tərəfdən əhatəyə aldığı zaman onlar duanı və ibadəti məhz Allaha məxsus edərək yalnız Ona yal­va­rar­lar. Allah on­ların duasını qəbul edib, onları quruya çıxartdıqda və suda boğulmaqdan xilas etdikdə isə ara­la­rından bəzilə­ri bu nemətə kamil şəkildə şükür etməz, bəziləri də Allahın nemətinə küfür edər. Bizim ayə­lərimizi, dənizdəki təhlükədən xilas olacağı təqdirdə Allaha şükür edəcəyinə söz verib sonra əhdini pozan xain­lər, Allahın nemətlərinə qarşı nankor olan, Rəbbinin verdiyi nemətə şükür etməyən kimsələr inkar edərlər.