Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ وَٱخْشَوْا۟ يَوْمًا لَّا يَجْزِى وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيْـًٔا ۚ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿٣٣﴾
Ey insanlar! Rəbbinizin əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxun. Valideynin övlada, övladın da valideynə heç bir şeylə fayda verə bilməyəcəyi günün əzabından həzər edin. Həqiqətən, Allahın Qiyamət günü əməllərin əvəzini verəcəyinə dair vədi haqdır və şübhə yoxdur ki, bu,baş verəcək. Qoy bu fani dünya, içindəki zövqü-səfası və əyələncəsi ilə sizi aldatmasın, hiyləgər şeytan da sizi Allahın həlim olması və əzabını sizdən sovuşdurması ilə tovlamasın.