Muxtəsər təfsir
إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ ۖ وَمَا تَدْرِى نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ ﴿٣٤﴾
Həqiqətən, qiyamət saatı haqqında elm yalnız Allahdadır. O, qiyamətin nə zaman qopacağını bilir. Yağışı istədiyi vaxt yağdırır və bətnlərdə olanın oğlan yoxsa qız, habelə, bədbəxt yoxsa xoşbəxt olduğunu bilir. Heç kəs sabah xeyir yoxsa şər qazanacağını bilmir. Heç kəs harada öləcəyini də bilmir. Əksinə, bunların hamısını bilən yalnız Allahdır. Şübhəsiz ki, Allah bunların hamısını bilən və hamısından xəbərdardır. Heç bir şey Ondan gizli qalmır.