×
الأحزابAyə 71

Muxtəsər təfsir

يُصْلِحْ لَكُمْ أَعْمَـٰلَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا ﴿٧١﴾

Əgər siz Allahdan qorxsanız və doğru söz danışsanız, O, sizin əməllərinizi islah edər və bu əməlləri sizdən qəbul edər, habelə, sizin günahlarınızı bağış­layar və bu günahlara görə sizi cəzalandırmaz. Kim Allaha və Onun rəsuluna itaət etsə, bənzəri olmayan, böyük bir uğur qa­zanar. Bu uğur - Allahın rizasını qazanmaq və Cənnətə daxil olmaqdır.