×
الأحزابAyə 72

Muxtəsər təfsir

إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًا جَهُولًا ﴿٧٢﴾

Biz şəri hökmləri yerinə yetirməyi, mal-dövləti və sirləri qorumağı göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu daşımaqdan im­tina etdilər və onun aqibətindən qorxdular. İnsan onu boynuna gö­türdü. Doğrudan da, o, nəfsinə zülm edən və bunun aqibətini bilməyən cahildir.