×
الأحزابAyə 73

Muxtəsər təfsir

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًۢا ﴿٧٣﴾

Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları nifaqlarına görə, müş­rik kişiləri və müşrik qa­dınları da Allaha şərik qoşdularına görə cəzalan­dır­sın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağış­la­yandır, onlara rəhm edəndir.