Muxtəsər təfsir
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَن نُّؤْمِنَ بِهَـٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ ﴿٣١﴾
Allaha küfr edən kəslər dedilər: “Biz nə Muhəmmədin özünə nazil olduğunu iddia etdiyi bu Qurana, nə də bundan əvvəlki səmavi kitablara inanacağıq!” Ey Peyğəmbər, kaş sən o zalımları qiyamət günü haqq-hesaba çəkilmək üçün öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları vaxt görəydin. Onların hər biri etdiyi günaha görə digərinin məsuliyyət daşıdığını deyəcək və onu qınayacaq. Tabeçilikdə olmuş zəiflər, dünyada onları öz tabeçiliyində saxlayan böyüklərinə deyəcəklər: “Əgər siz bizi haqq yoldan azdırmasaydınız, biz Allaha və Onun rəsuluna iman gətirərdik.”