Muxtəsər təfsir
قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓا۟ أَنَحْنُ صَدَدْنَـٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ ﴿٣٢﴾
Haqqa boyun əyməyə təkəbbürlük göstərən böyüklər də onlara tabe olmuş zəiflərə belə deyəcəklər: “Məgər sizə Muhəmmədin göstərdiyi doğru yola yönəlməyə biz mane odluq?! Xeyr, əksinə, siz özünüz zülm edən və fəsad törədənlər idiniz.”